Ru
Bakı
USD
EUR
GBP
RUB

“Musiqi nəzəriyyəsi və solfecio”dan qəbul imtahanı bu il test üsulu ilə keçiriləcək

news photo

18.07.2019 15:00 // Təhsil

“Musiqi sənəti” istiqaməti üzrə tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən 33,34 və 39-cu komissiyaların ikinci, 38-ci komissiyanın birinci imtahanı olan “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən qəbul imtahanı bu il test üsulu ilə keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Youthportal.az-a verilən məlumata görə, bu imtahanın Bakı şəhəri üzrə 47 saylı tam orta məktəbdə keçirilməsi nəzərdə tutulub.

İyulun 23-də “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən keçiriləcək test imtahanının vaxtı saat 10:00-dan 12:00-a keçirilib.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi