Ru
Bakı
USD
EUR
GBP
RUB

Musiqi məktəbində “Məclisi Üns” adlı tədbir keçirilib (FOTO)

news photo

14.03.2019 11:14 // Cəmiyyət

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbində 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi ilə bağlı dahi şair İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məclisi Üns” adlı tədbir keçirilib.

İdarədən Youthportal.az-a verilən məlumata görə, çıxış edən Xalq artisti Rasim Balayev, Yazıçılar Birliyinin Xəzər Rayon bölməsinin sədri şair Arif Buzovnalı, Əməkdar artist Azad Şükürov, dinşünas Hacı Soltan dahi şairin yaradıcılığını təhlil edərək maraqlı söhbətlər aparıblar.

Tədbirdə millət vəkili Rauf Əliyev, Xəzər rayon Yeni Azərbaycan Partiyasının sədri Namiq Əhmədov, Xəzər rayon İcra Hakimiyyətinin müavini Arif Balayev, SOCAR EKO-Parkın direktoru Tahir Şıxəliyev, məktəb və müəssisə rəhbərləri iştirak ediblər.

Məktəbin rəsm sinfinin şagirdləri Nəsimi yaradıcılığına həsr etdikləri rəsmləri və VII sinif şagirdi Rauf Muradlının söylədiyi qəzəl qonaqların diqqətinə səbəb olub.

Tədbirin bədii hissəsində məktəbin müəllimlərinin müşayiəti ilə çıxış edən xanəndə sinfinin gənc müəllimi Rəna Qafarovanın ifasında səslənən şairin sözlərinə yazılmış mahnı və təsniflər “Məclisi Üns”ə xüsusi rəng qatıb.

Tədbir yel çərşənbəsinə təsadüf etdiyindən foyedə rəsm sinfinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra məktəbin həyətində bayram tonqalı ətrafında toplaşan qonaqlarla çərşənbə qeyd olunub.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi