Ru
Bakı
USD
EUR
GBP
RUB

Müsabiqə-konfransın qalibləri mükafatlandırılıb

news photo

11.06.2019 14:07 // Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda keçirilən müsabiqə-konfransın qalibləri mükafatlandırılıb.

BŞTİ-dən Youthportal.az-a bildirilib ki, paytaxtdakı 12 nömrəli tam orta məktəbdə keçirilən mükafatlandırılma mərasimində müsabiqə-konfrans barədə ümumi məlumat verilib. Bildirilib ki, müsabiqə-konfrans BŞTİ tərəfindən ümumi təhsil müəssisələrinin rəhbərləri, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə təşkil edilib. Məktəb, rayon və şəhər üzrə (3 mərhələdə) keçirilən müsabiqə-konfransda ümumilikdə 224 pedaqoji işçi iştirak edib. Onlardan 35-i Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazanıb. Münsiflər heyətinin qərarına əsasən, 6 ən yaxşı tədqiqat müəllifi qalib elan olunub.

BŞTİ-nin müdiri Rəşad Tağıyev müsabiqə-konfransın Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin icrasını təmin etmək məqsədilə keçirildiyini qeyd edib. Bildirilib ki, müsabiqə-konfransın əsas məqsədi uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsindən, onların mütərəqqi dünyagörüşünə malik şəxsiyyət kimi formalaşmasından, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işləri daha da gücləndirməkdən ibarətdir.

R.Tağıyev son illər təhsil sistemində həyata keçirilən köklü islahatların, müasir təhsil standartlarının tətbiqinin, keyfiyyətin artırılmasının prioritet istiqamətlərdən biri kimi qəbul olunmasının, vətənpərvər, yüksək bilik və bacarıqlı gənc nəslin yetişdirilməsi yönündə görülən işlərin Azərbaycan təhsilinin inkişafını daha da genişləndirdiyini söyləyib. İdarə müdiri təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə, müasir təhsil sisteminin qurulması və gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını ifadə edib.

Sonda müsabiqə-konfransın Bakı şəhər mərhələsinin iştirakçılarına tərifnamələr, I, II və III yerlərin qaliblərinə isə diplom və hədiyyələr təqdim olunub.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi