Ru
Bakı
USD
EUR
GBP
RUB

Multikultural Azərbaycan internet resursu fəaliyyətə başladı

news photo

03.09.2019 16:19 // Cəmiyyət

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanan Multikultural Azərbaycan (multikultural.az) internet resursu 01 sentyabr tarixindən rəsmən fəaliyyətə başlayıb. Azərbaycan, rus və ingilis dillərindən fəaliyyət göstərən “Multikultural Azərbaycan” (multikultural.az) internet resursu mədəni müxtəlifliyi təbliğ edir.

Youthportal.az xəbər verir ki, sayt “Əsas səhifə”, “Mədəni müxtəliflik” (mədəniyyən, incəsənət), “Multikulturalizm” (milli siyasət, beynəlxalq sənədlər), “Azərbaycançılıq”, “Tolerantlıq”, “Media” və “Faydalı” kimi ana bölümlərdən, “Milli azlıqlar”, “Xəbər”, “Məqalə”, “Müsahibə”, “Foto”, “Video”, “Tədbirlər” (yerli və beynəlxlaq), “Multikultuaral nəşrlər” kimi alt rubrikalardan ibarətdir. 

Saytın hər üç dildə mobil versiyası, sosial platformalarda səhifələri (facebook, instagram, tvitter) da istifadəçilər üçün aktivdir. 

Multikultural Azərbaycan (multikultural.az) internet resurusu ölkədə yaşayan müxtəlif mədəni qrupların dilləri, mədəniyyətləri, məişətlərinin qorunmasında dövlətin və vətəndaş cəmiyyətlərinin gördüyü işləri ictimailəşdirir.

Layihə çərçivəsində milli azlıqların informasiya texnologiyalarından istifadə imkanları öyrənilib, Azərbaycan mətbuatında multikultural ənənələr araşdırılıb və saytda yerləşdirilib. Həmçinin müstəqillik illərində milli azlıqların yaratdığı yazılı və elektron media resurslarının statistikası aparılıb, mədəni müxtəlifliyin təbliğindəki rolları öyrənilib.

Multikultural Azərbaycan (multikultural.az) layihənin sonrakı dövründə də milli azlıqların mədəniyyətləri hərtərəfli təbliğ edəcək, eyni zamanda müasir informasiya texnologiyaları (internet saytlar) vasitəsilə Azərbaycanda birgəyaşayış naminə həyata keçirilən mədəni siyasət təbliğ olunacaq. Müstəqillikdən sonra dövlətin bu sahədə gördüyü işlər araşdırılacaq, Mədəniyyət Nazirliyinin mədəni müxtəlifliyin təbliğindəki rolu ictimailəşdiriləcək.

Xatırladaq ki, bu işlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin icra etdiyi “İnformasiya texnologiyalarından səmərəli istifadə etməklə mədəni müxtəlifliyin təbliği və “Multikultural Azərbaycan” internet səhifəsinin (multikultural.az) yaradılması” layihəsi çərçivəsində həyata keçib.

Digər xəbərlər

Xəbər lenti

Bakıda külək əsəcək, yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi