Ru
Bakı
USD
EUR
GBP
RUB

Muğam Mərkəzində növbəti tədbir Qara Qarayevin 100 illiyinə həsr ediləcək

news photo

17.12.2018 17:30 // Cəmiyyət

Dekabrın 19-da Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunacaq.

Muğam Mərkəzindən Youthportal.az-a bildirilib ki, konsertdə tanınmış rusiyalı musiqiçilər, beynəlxalq müsabiqələr laureatları – pianoçu Olqa Domnina, skripka ifaçısı Stanislav Malışev, o cümlədən istedadlı gənc vokalçı Mahir Tağızadə iştirak edəcək.

Konsertdə bəstəkarın skripka və fortepiano üçün sonatası, fortepiano prelüdləri, səs və fortepiano üçün 3 noktürn və digər əsərləri səslənəcək.

Qeyd edək ki, konsert proqramı Prezident İlham Əliyevin bəstəkarın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi