Ru
Bakı
USD
EUR
GBP
RUB

Muğam ifaçıları bu dəfə Pirallahıda öz dünyalarına səyahət edəcək

news photo

02.12.2019 19:00 // Cəmiyyət

Dekabrın 4-də “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı Pirallahı rayonu V.Mustafazadə adına Mədəniyyət Mərkəzində təqdim olunacaq.

Youthportal.az xəbər verir ki, konsert Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihəsi ilin sonuna kimi davam edəcək. Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.

Qeyd edək ki, layihə çərçivəsində bu günə kimi Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində, Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzində, A.R.Qobustanlı adına Mədəniyyət Evi, Binəqədi Mərkəzi Mədəniyyət Evi, Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayı, Nardaran qəsəbə Mədəniyyət Mərkəzində baş tutan konsertlərdə xanəndələr yüzlərlə tamaşaçının görüşünə gəlib. Bu konsertlərdə muğamlarımız, xalq mahnılarmız böyük sevgi və rəğbətlə qarşılanıb. Konsertlərdə mütəmadi olaraq Beynəlxalq Muğam Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəhbərliyi iştirak edərək qəsəbələrdə konsertlərin təşkili, həmçinin klub işinin səmərəliliyinin artırılmasına öz dəstəklərini əsirgəməyiblər.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi