Ru
Bakı
USD
EUR
GBP
RUB

“Muğam axşamları” möhtəşəm layihəsi yeni mövsümdə muğamsevərlərin görüşünə gəlir

news photo

11.09.2019 20:00 // Cəmiyyət

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” möhtəşəm layihəsi yeni mövsümdə muğamsevərlərin görüşünə gəlir.

Bu barədə Youthportal.az-a Muğam Mərkəzinin mətbuat xidmətinin rəhbəri Lalə Azəri məlumat verib.

Bildirib ki, yeni mövsümdə, layihənin üçüncü mərhələsinin ilk konserti sentyabrın 27-də reallaşacaq. Həmin gün muğamsevərlərə Əməkdar artistlər Təyyar Bayramov, Arzu Əliyeva və Elnur Zeynalovun ifasında “Rast” muğamı təqdim ediləcək. İlin sonunadək Muğam Mərkəzinin səhnəsində “Şur”, “Zabul-Segah”, “Çahargah” muğamları ifa ediləcək.

Gələn il yanvarın 31-dən dekabrın 25-dək əhatə edəcək konsertlərdə “Bayatı-Şiraz”, “Humayun”, “Şüştər”, “Şahnaz”, “Orta Mahur”, “Arazbari”, “Osmanlı”, “Heydəri”, “Bayatı Qacar”, “Mahur hindi”, “Qarabağ şikəstəsi”, “Xaric segah”, “Heyratı”, “Mirzəhüseyn segahı”, “Kəsmə şikəstə”, “Bayatı Kürd”, “Ovşarı”, “Dəşti”, “Qatar”, “Rahab” və “Şirvan şikəstəsi” muğamları təqdim olunacaq.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir . Artıq 3-cü mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi tanınmış, görkəmli xanəndələrimizin ifasında 7 əsas muğamlarımız təqdim edilib.

Konsertlərə biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzləri və iticket.az saytından əldə etmək olar.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi