Ru
Bakı
USD
EUR
GBP
RUB

“Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert olacaq

news photo

13.11.2019 16:12 // Cəmiyyət

Beynəlxalq Muğam Mərkəzi fəaliyyətinin əsas istiqaməti kimi çoxsaylı layihələr həyata keçirir. Elmi- tədqiqat, milli musiqi irsimizin araşdırılması və təbliği istiqamətində reallaşan layihələrdən biri də “Muğam axşamları” layihəsidir . Layihənin məqsədi əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətimizi gələcək nəsillərə təbliğ etməkdir.

Noyabrın 29- da layihə çərçivəsində Əməkdar artistlər, Beynəlxalq Muğam Mərkəzinin solistləri Ehtiram Hüseynov, Arzu Əliyeva və Bəyimxanım Nəbiyevanın ifasında “Zabul Segah” muğamı təqdim ediləcək.

İfaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edəcək.

Layihənin konsertlərinə biletləri şəhərimizin kassalarında, “ASAN xidmət” mərkəzlərində və iticket.az saytından əldə etmək olar.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi