Ru
Bakı
USD
EUR
GBP
RUB

Müəllimlərin işə qəbulu müsabiqəsi davam edir

news photo

22.08.2019 11:00 // Təhsil

Avqustun 22-də müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində coğrafiya, fizika, fiziki tərbiyə və tarix müəllimi olmaq istəyən namizədlər iştirak edir.

Təhsil Nazirliyindən Youthportal.az-a verilən məlumata görə, müsahibədə 760 namizədin iştirakı gözlənilir.

Ötən gün keçirilən müsahibələrə 641 namizəd qatılıb.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

Müsahibələr avqustun 23-dək davam edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi