Ru
Bakı
USD
EUR
GBP
RUB

Müəllimlərə Dil və Tərcümə Xidmətləri Mərkəzinin sertifikatları təqdim edilib

news photo

19.03.2019 12:36 // Təhsil

Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya fakültəsinin ingilis dili kafedrasının müəllimləri üçün keçirilən TKT (Teaching Knowledge Test) təliminin iştirakçılarına sertifikatlar təqdim edilib. Təlim Azərbaycan Dillər Universitetinin (ADU) Dil və Tərcümə Xidmətləri Mərkəzi tərəfindən təşkil olunub.

ADU-dan Youthportal.az-a bildirilib ki, təlimdə iştirakçılar, ilk növbədə, ixtisas biliklərini artırıblar. TKT müəllim peşəsinə başlayanlar üçün gərəkli təlimdir. Belə ki, TKT gənc müəllimlərə metodikanın əsaslarını daha sistemli və müasir tələblərə uyğun şəkildə təqdim edir.

Təlimin üstünlüklərindən biri də sonda iştirakçıların beynəlxalq sertifikat əldə etmək imkanıdır.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi