Ru
Bakı
USD
EUR
GBP
RUB

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə gənc əsgərlər hərbi andı qəbul ediblər

news photo

11.05.2019 10:21 // Siyasət

Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, hərbi hissələrdə təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək dövlət himni ifa edilib və tədbir açıq elan olunub. 

Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.Rəsmi mərasim başa çatdıqdan sonra konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.

Digər xəbərlər

Xəbər lenti

“Adagio” yenidən göstəriləcək

Bakalavrların nəzərinə!

Atəşkəs 21 dəfə pozulub

"Avroviziya-2019"un qalibi məlum oldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi