Ru
Bakı
USD
EUR
GBP
RUB

Müasir İncəsənət Muzeyində Eldar Qurbanın “AMORE MİO” adlı sərgisi açılacaq

news photo

20.05.2019 17:40 // Cəmiyyət

Mayın 22-də Müasir İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamı Eldar Qurbanın yaratdığı qadın portretlərindən ibarət “AMORE MİO” adlı sərgi açılacaq.

Muzeydən Youthportal.az-a bildirilib ki, rəssamın həyatının əsas hərəkətverici qüvvəsi sevgidir və bu, öz növbəsində ekspozisiyanın ideoloji nüvəsini təşkil edir. Rəssam, insanı həm inanılmaz yüksəkliklərə ucalda, həm də sərsəmliyə çatdıra bilən hislərin təbiəti və mahiyyəti ilə bağlı suala cavab verməyə çalışaraq, sevgi və ehtirası bir hadisə kimi araşdırıb. Sərgidə təqdim edilən portretlər, rəssamın 1985-ci ildən bu günə qədər olan yaradıcılıq dövrünü əhatə edir. Bu, rəssamın qadına sevgini yüksəkliklərə qaldıran refleksiya və introspeksiyasının özünəməxsus təzahürüdür.

Ekspozisiya rəssam tərəfindən yaradılmış 20-dən çox obraz və 1 videoəsərdən ibarətdir. Videoəsər – gələcək işlərin yaradılmasına ruhlandırmağa yönəlmiş xüsusi kurator baxışıdır.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi