Ru
Bakı
USD
EUR
GBP
RUB

“Müasir dünya və informasiya cəmiyyəti” toplusu çapdan çıxıb

news photo

09.09.2019 18:57 // Təhsil

AMEA-nın Fəlsəfə İnstitutunun İnformasiya cəmiyyətinin fəlsəfi problemləri şöbəsinin “Müasir dünya və informasiya cəmiyyəti” adlı yeni toplusu nəşr olunub.

İnstitutdan Youthportal.az-a bildirilib ki, məcmuədə müasir elmin mühüm sahələrindən sayılan və Azərbaycanda formalaşmaqda olan informasiya cəmiyyətinin mühüm əhəmiyyət kəsb edən bir sıra problemləri, o cümlədən informasiya cəmiyyətinin fəlsəfi aspektləri, informasiya cəmiyyəti və informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, müasir geosiyasi proseslərdə informasiya amili, informasiya cəmiyyətində dövlətin demoqrafik siyasəti, informasiya cəmiyyəti və mədəniyyət, informasiya cəmiyyəti və təhsil və s. məsələlər fəlsəfi kontesktdən təhlil edilir. Topluda şöbənin əməkdaşlarının məqalələri təqdim edilir.

Yeni nəşr ictimai elmlər sahəsində çalışan mütəxəssislər, siyasətçilər, ali məktəblərin humanitar fakültələrinin tələbələri, ümumiyyətlə, kütləvi oxucular üçün nəzərdə tutulub.

Toplunun elmi redaktoru Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə, rəyçiləri Fəlsəfə İnstitutunun Sosiologiya şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəfiqə Əzimova və Fəlsəfə İnstitutunun İdrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmləri doktoru Füzuli Qurbanovdur.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 22 dəfə pozulub

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi