Ru
Bakı
USD
EUR
GBP
RUB

“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək

news photo

17.07.2019 14:38 // Cəmiyyət

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Agentliyin İctimai Şurasında təmsil olunan Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə iyulun 19-da mikro, kiçik və orta sahibkarlar üçün “Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək.

KOBİA-dan Youthportal.az-a verilən məlumata görə, tədbirin təşkilində məqsəd sahibkarların bazarın öyrənilməsi, marketinq, gəlir və xərclər planının hazırlanması, pul axınının idarə edilməsi barədə məlumatlandırılmasıdır.

Seminarda iştirak ödənişsizdir.

Seminar saat 15.00-da, KOBİA-nın inzibati binasında (Ünvan: Atatürk prospekti, 134) keçiriləcək.

Qeydiyyat üçün əlaqədar şəxs: Urfan Nəbiyev (tel: (055) 200-03-28, e-mail: urfan.nabiyev@smb.gov.az).

Digər xəbərlər

Xəbər lenti

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi