Ru
Bakı
USD
EUR
GBP
RUB

Moskvada VI Rusiya-Azərbaycan Gənclər Forumunun açılışı olub ( Foto)

news photo

18.12.2018 15:47 // Gənclər üçün

Dekabrın 18-də Moskvada, İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində VI Rusiya-Azərbaycan Gənclər Forumunun açılışı olub. 

Forumda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Gənclərlə İş üzrə Federal Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Dmitri İvanov, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Olqa Timofeyeva, İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin prorektorları Marina Filatova və Aleksandr Muradov, Azərbaycanın və Rusiyanın gənclər təşkilatlarının nümayəndələri, gənc sahibkarlar və başqaları iştirak ediblər. 

İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin prorektoru Aleksandr Muradov Forumu açaraq, ali təhsil ocağının tarixi, təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib. Səfir Polad Bülbüloğlu çıxışında bildirib ki, bu ilin oktyabrında ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Baş nazirinin müavini Olqa Qolodets ilə görüşündə iki ölkə gənclərinin sıx əməkdaşlığının təmin edilməsi məqsədilə silsilə forum və konfransların keçirilməsinin əhəmiyyəti vurğulanıb. Diplomat, həmçinin Azərbaycan ilə Rusiya arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətlərindən söhbət açıb. Forumdan məqsədin iki ölkənin gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi olduğunu qeyd edən səfir deyib: “Bizim nəsil bir ölkədə yaşayıb, ümumi ideologiya əsasında tərbiyə alıb. İndi vəziyyət kökündən dəyişib. Hər bir respublika müstəqil dövlətdir. Biz çalışmalıyıq ki, gələcəyimiz olan gənclərimiz, eləcə də dövlət xadimləri və ziyalılar, yaradıcı şəxslər arasında əlaqələr itməsin”. 

P. Bülbüloğlu ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov artıq ənənə halını alan Rusiya-Azərbaycan Gənclər forumlarının hər iki ölkənin gəncləri arasında sıx əlaqələrin qurulmasında, qarşılıqlı fikir, informasiya və təcrübə mübadiləsinin aparılmasında əvəzsiz rol oynadığını bildirib. A.Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin “...biz bütün istiqamətlərdə çox səmərəli dinamika görürük və bütün bunlar bizim münasibətlərimizin ruhunu, xarakterini səciyyələndirir” fikrini toplantı iştirakçılarının diqqətinə çatdıraraq deyib: “İlk dəfə 2013-cü ildə Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda keçirilən Forumda qəbul edilən qətnamə qarşılıqlı dialoqun və əməkdaşlığın möhkəm bünövrəsini qoyub, gələcək əməkdaşlığa təkan verib. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan Rusiya Azərbaycanlı Gənclər Birliyi hər iki ölkə gənclərinin bir araya gələrək müxtəlif mövzular ətrafında dialoq qurması, fikir mübadiləsi aparmasında böyük rol oynayır”. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlara üzv olduğunu diqqətə çatdıran nazir bildirib ki, ölkəmiz dövrün tələblərindən irəli gələrək müxtəlif dövlətlərlə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Nazir A.Rəhimov Forum çərçivəsində aktual mövzular ətrafında aparılacaq müzakirələrdə gəncləri fəal olmağa və qarşılıqlı fikir mübadiləsi aparmağa çağırıb. 

Rusiya Gənclərlə İş üzrə Federal Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Dmitri İvanov bildirib ki, təmsil etdiyi qurum Rusiyada təhsil alan azərbaycanlı gənclərin adaptasiyası istiqamətində fəal iş aparır. Rusiya hökuməti bu ildən başlayaraq gənclərin təşəbbüslərini dəstəkləmək üçün qrantların ayrılmasını Gənclərlə İş üzrə Federal Agentliyə həvalə edib. 

Bu, müxtəlif sahələri, o cümlədən mədəniyyət, tarix, sahibkarlıq və digər istiqamətləri əhatə edən layihələr ola bilər. Qanunvericiliyə əsasən, əcnəbi vətəndaşlar qrant ala bilməzlər. Lakin Rusiyada qeyri-formal tələbə birlikləri kimi qarşılıqlı fəaliyyət forması var. Rusiya vətəndaşı bu qrantları alıb BMT-nin üzvü olan istənilən dövlətdə layihələrin həyata keçirilməsi üçün istifadə edə bilər. D.İvanov bu təcrübənin gələn il də davam etdiriləcəyinə ümid bəslədiyini söyləyib. Açılış çıxışlarından sonra Forum işini “Könüllülük”, “Gənclər təşkilatları” və “Sahibkarlıq” mövzularında keçirilən panel iclasları ilə davam etdirib. Dekabrın 19-da Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqalaya yola düşəcək. Səfər çərçivəsində müxtəlif təqdimatların keçirilməsi, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub. 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi