Ru
Bakı
USD
EUR
GBP
RUB

Moskvada uşu üzrə Avropa çempionatı keçiriləcək

news photo

22.04.2019 16:12 // İdman

Aprelin 24-dən mayın 1-dək Moskvada uşu üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Uşu Federasiyasından Youthportal.az-a bildiriblər ki, çempionatda komandamız yeniyetmə, gənc və kişilər kateqoriyalarında çinda və vinçun versiyaları üzrə mübarizə aparacaq.

Komandamız turnirə əsasən gənclərdən ibarət 16 nəfərlə qatılacaq. Kişilərin yarışında üçqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov (60 kq), dünya çempionatının bürünc medalçısı, İslamiadanın gümüş və bürünc mükafatlarının sahibi Ruslan Piriyev (65 kq) mübarizə aparacaqlar. Vinçun yarışlarında isə Avropa çempionu Rasim Kərimov iştirak edəcək.

Yarışlarda yığma komandamızın heyəti uşu üzrə ənənəvi Azərbaycan çempionatında 1-2-ci yerləri tutmuş idmançılardan formalaşdırılıb.

Komandamız çempionatda federasiyanın prezidenti Azər Həsənsoyun rəhbərliyi ilə mübarizə aparacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi