Ru
Bakı
USD
EUR
GBP
RUB

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçiriləcək

news photo

17.04.2019 16:47 // Təhsil

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı aprelin 20-də abituriyentləri 2019-2020-ci tədris ilində filiala daxil olmaq üçün qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” gününə dəvət edir. Bu barədə Youthportal.az-a filialdan məlumat verilib.

Tədbir iştirakçıları MDU Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavrların və magistrlərin hazırlanması ilə bağlı hərtərəfli məlumat ala biləcəklər.

“Açıq qapı” günü aprelin 20-də saat 14:00-da Bakı şəhəri, H.Cavid prospekti, 133 (metronun “Elmlər Akademiyası” stansiyasının yanında) ünvanında keçiriləcək. Əlaqə nömrəsi: (012) 598 93 32.

Digər xəbərlər

Xəbər lenti

Küləkli hava şəraiti davam edəcək

Atəşkəs rejimi 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi