Ru
Bakı
USD
EUR
GBP
RUB

Monrealda Azərbaycanın yeni diaspor təşkilatı yaradılıb (FOTO)

news photo

09.08.2019 18:00 // Siyasət

Kanadanın Kvebek əyalətinin Monreal (Montreal) şəhərində yeni diaspor təşkilatı – “Monreal Kanada-Azərbaycan Cəmiyyəti” (The Azerbaijani Society of Canada in Montreal) yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Youthportal.az-a bildirilib ki, Monrealda yaşayan həmvətənlərimizi öz sıralarında birləşdirən bu təşkilat artıq Kanada qanunlarına uyğun olaraq rəsmi qeydiyyatdan keçib. Yeni təşkilatın yaradılmasında məqsəd Kvebek əyalətinin müxtəlif şəhərlərində yaşayan soydaşlarımızı bir araya gətirmək, Azərbaycan mədəniyyətini və tarixini, milli-mənəvi dəyərlərimizi yerli əhali arasında təbliğ və təşviq etmək, onların diqqətini ölkəmizin keçdiyi yola və inkişafına cəlb etməkdir.

Soydaşlarımızın qərarı ilə təşkilatın təsisçisi Rəna Müslümova həm də onun ilk sədri seçilib. Qeyd edək ki, R.Müslümova uzun illərdir Kanadada keçirilən müxtəlif tədbir və festivallarda milli adət-ənənələrimizin təbliği ilə məşğuldur.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi