Ru
Bakı
USD
EUR
GBP
RUB

Misirin daha bir universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb

news photo

12.03.2018 17:57 // Siyasət

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə və Ayn Şəms universitetlərindən sonra əl-Əzhər Universitetində də Azərbaycan dilinin tədrisinə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, universitetin Humanitar fənnlər fakültəsinin “Turk dili” bölməsində Azərbaycan dilini tələbələrə Birliyin üzvü İnarə Osmanova tədris edir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti, eləcə də Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə də məlumat verilir.

Universitetin 2-ci və 3-cü kurslarında tədris edilən Azərbaycan dili dərslərində 100 nəfərdən çox tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. S. Nəsirov bu müraciət əsasında tələbələr üçün yaxın vaxtlarda Qahirədəki diaspor mərkəzində Azərbaycan dili kurslarının təşkil olunacağını qeyd edib.

Əl-Əzhər Universitetinin Humanitar fənnlər fakültəsinin məsul şəxsləri ilə görüşən S.Nəsirov Azərbaycan dilinin tədrisi ilə bağlı lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib. O, həmçinin fakültənin kitabxanasına Azərbaycan dilinə, mədəniyyətinə, tarixinə dair kitablar, həmçinin, Ermənistanın təcavüzünü, 20 yanvar faciəsini, Xocalı soyqırımı əks etdirən jurnallar hədiyyə edib.

975–ci ildə təsis olunmuş əl-Əzhrər Universiteti dünyanın ən qədim və ən böyük universitetlərindən biridir. Hazırda universitetdə dünyanın 115 ölkəsindən 500 mindən çox tələbə təhsil alır.

Qeyd edək ki, "Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi bu sahədə Azərbaycanın Misirdəki səfirliyi ilə birgə fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi