Ru
Bakı
USD
EUR
GBP
RUB

Misirdə növbəti dəfə Dünya Gənclər Forumu keçiriləcək

news photo

07.09.2018 15:43 // Gənclər üçün

Noyabrın 3-dən 6-dək Misirin Şarm əl-Şeyx şəhərində bu ölkənin dövlət başçısının himayəsi və iştirakı ilə ikinci Dünya Gənclər Forumu təşkil olunacaq.

Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzindən Youthportal.az-a bildirilib ki, Azərbaycan ictimaiyyətində nüfuza malik və müxtəlif sahələrdə müstəsna əməyi olan gənclər dünyanın ən nüfuzlu forumlarından olan bu tədbirdə iştirak edə bilər. Əlavə məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər forumun elektron ünvanında (wyfegypt.com) qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən hər kəsdən Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə (012-561-12-17) müraciət etmələri xahiş olunur.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi