Ru
Bakı
USD
EUR
GBP
RUB

Miqrasiya könüllüləri “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində olublar

news photo

30.09.2019 14:44 // Gənclər üçün

Miqrasiya könüllüləri Bakı Nəqliyyat Agentliyinin dəvəti ilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində olublar.

Dövlət Miqrasiya Xidmətindən Youthportal.az-a bildiriblər ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev mərkəzdə yaradılmış şərait barədə könüllülərə məlumat verib, onların suallarını cavablandırıb. Bildirib ki, mərkəz şəhərdaxili və şəhərlərarası avtobuslar, metro və dəmir yolu nəqliyyatı kimi ictimai nəqliyyat növlərini birləşdirən və onların arasında daşımaları asanlaşdıran nəqliyyat infrastrukturudur. Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edə bilər.

Sonda könüllülərə xatirə hədiyyələri təqdim olunub.

Ekskursiyada bir sıra dövlət orqanlarının mətbuat katibləri də iştirak ediblər.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi