Ru
Bakı
USD
EUR
GBP
RUB

Mini futbol üzrə Gəncə şəhər birinciliyi başa çatdı

news photo

21.08.2019 14:31 // İdman

19 avqust 2019-cu il tarixdə Gəncə şəhər Gənclər və İdman Baş  İdarəsinin təşkilatçılığı ilə 2008-2010-cu il təvəllüdlü futbolçular arasında Məhəllələr arası “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda mini futbol üzrə Gəncə şəhər birinciliyi başa çatdı.

Youthportal.az xəbər verir ki, gərgin keçən final mübarizəsində “Gəncə” komandası  ilə “Qarabağ-1” komandası qarşılaşmış, 5:2 hesabı ilə  “Gəncə” komandası qalib gəlmişdir.  

Bu yarışda 160 nəfərə yaxın idmançı iştirak edirdi. “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda keçirilmiş mini futbol üzrə Gəncə şəhər birinciliyində  "Təhsil" RİM-nin 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin “Gəncə” komandası  I yerə, Baş İdarə nəzdində olan Uşaq Gənclər İdman Məktəbinin komandası “Qarabağ-1” komandası  II yerə, 2  nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin “Çinar” komandası  III yerə layiq görülmüşdür.  

Qalib gəlmiş komandalar Gəncə şəhər  Gənclər və İdman Baş İdarəsi tərəfindən  fəxri fərmanlarla və hədiyyələrlə təltif olunmuşlar.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi