Ru
Bakı
USD
EUR
GBP
RUB

“Mingəçevir gənclərinin natiqlik forumu” layihəsinin icrasına yekun vurulub (FOTO)

news photo

14.03.2019 13:45 // Gənclər üçün

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Mingəçevir gənclərinin natiqlik forumu” layihəsinin icrası başa çatdırılıb. Layihə Mingəçevir şəhər gənclər və idman idarəsinin, şəhər təhsil şöbəsinin, Gənclər evinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və “Gələcək Gənclərlə Gələcək” Gənclər Klubunun tərəfdaşlığı ilə reallaşıb.

Fonddan Youthportal.az-a bildiriblər ki, forumda 22 komandanın heyətində 66 gənc mübarizə aparıb. Mingəçevir şəhər 3 nömrəli orta məktəbi təmsil edən “Qarabağ” və Mingəçevir Texniki Humanitar Liseyinin “Demosfen” komandaları finalda mübarizə aparıblar. Final oyununda qələbə qazanan “Demosfen” komandası forumun qalibi adına layiq görülüb.

Bağlanış mərasimində çıxış edən layihə rəhbəri Ehtiram Sadıqzadə görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində ümumilikdə 69 tədbir keçirilib. Bu tədbirlərdə 457 gənc, Debat Forumunda isə ümumilikdə 84 gənc iştirak edib.

Sonda layihə çərçivəsində reallaşan debat forumunun qalibləri, ən yaxşı natiqlər və fəallığı ilə seçilən gənclər təltif olunub.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi