Ru
Bakı
USD
EUR
GBP
RUB

Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə keçirilən “İntellekt döyüşü”nün qalibi “Go” komandası olub (FOTO)

news photo

27.01.2020 15:40 // Gənclər üçün

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə “İntellekt döyüşü” adlı intellektual yarış keçirilib.

2 fevral Gənclər Gününə həsr olunan yarış zamanı gənclərin intellektual səviyyəsinin inkişafına xidmət edən, tarix, ədəbiyyat, mədəniyyət, milli-mənəvi dəyərlərimiz və ümumi dünyagörüşünü əks etdirən suallar səsləndirilib. Gənclərdə dünyagörüşünün formalaşdırılması, intellektual oyunlara olan marağın gənclər arasında təşviq olunması, intellektual baxımdan özlərini təsdiq etmək istəyən gənclərə şərait yaradılması və gənclərin kollektiv oyunlara olan marağının artırılması məqsədilə keçirilən yarışda komandalar öz intellektlərini döyüşdürərək qalib olmaq uğrunda mübarizə aparıblar.

"Nə? Harada? Nə zaman?" formatında keçirilən ümumilikdə 15 komandanın iştirak etdiyi “İntellekt döyüşü”ndə “Go” komandası I, “Stimul” komandası II, “Legends” komandası isə III yerin sahibi olub. Sonda qaliblər kubok, medal və sertifkatlarla təltif edilib.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Mədəni tarixi abidələrimizin təbliği

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi