Ru
Bakı
USD
EUR
GBP
RUB

Mingəçevir Dövlət Universitetində ilk dəfə keçirilən “Oriyentasiya günü” tələbələrdə xoş təəssürat yaradıb (FOTO)

news photo

14.09.2019 11:03 // Təhsil

Sentyabrın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) ilk dəfə olaraq yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya günü” keçirilib.

Universitetdən Youthportal.az-a bildirilib ki, dünyanın əksər universitetlərində ənənəvi təşkil olunan “Oriyentasiya günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitetlə tanış etməkdən və onlara tədris prosesi barədə ətraflı məlumat verməkdir.

MDU-nun bütün tədris binalarında təşkil olunan “Oriyentasiya günü”ndə dekanlar, gənc müəllimlər, tyutorlar, tələbə təşkilatlarının fəal üzvləri və könüllü tələbələr yaxından iştirak ediblər. Yeni qəbul olunan tələbələr yuxarı kurs tələbələrinin müşayiəti ilə universitetin tədris infrastrukturu, tələbə təşkilatları, kitabxana resursları və idman qurğuları barədə məlumatlandırılıb. Tələbə adını yeni qazanmış gənclər universitetin auditoriyaları, müvafiq struktur bölmələri, informasiya-kommunikasiya mərkəzi, karyera mərkəzi, idman kompleksi və akt zalları ilə tanış olublar.

Tədbir çərçivəsində birinci kurs tələbələrinə MDU-nun əməkdaşlıq etdiyi yerli və xarici universitetlər, xaricdə təhsil imkanları, startap fəaliyyəti, layihələr, könüllülük və digər məsələlər barədə məlumat verilib.

MDU-da ilk dəfə təşkil olunan “Oriyentasiya günü” yalnız yeni qəbul olunan tələbələrdə deyil, eyni zamanda, yuxarı kurs tələbələri və universitet əməkdaşlarında da xoş təəssürat yaradıb.

Tədbirin təşkilində Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası yaxından iştirak edib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi