Ru
Bakı
USD
EUR
GBP
RUB

Millimizin üzvü Rostislav Pevtsov “İlin ən yaxşı triatlonçusu” adına namizəddir

news photo

24.12.2019 14:18 // İdman

Avropa Triatlon Şurası (ETU) gələn ilin fevralında Minskdə keçiriləcək konfransında “İlin ən yaxşı triatlonçusu”nun adını açıqlayacaq.

Youthportal.az xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvü Rostislav Pevtsovun da adı var. İdmançımız cari mövsümdə Avropa çempionatında bürünc medal qazanıb, Avropa kuboku yarışlarının qalibi olub. Həmçinin akvatlon üzrə dünya çempionatında birinci yeri tutub. R.Pevtsov Qətərin paytaxtı Dohada keçirilən birinci Dünya Çimərlik Oyunlarında da fərqlənib. Akvatlon üzrə yarışda o bürünc medala layiq görülüb. Sonra R.Pevtsov Kseniya Levkovskaya ilə birlikdə estafetdə ikinci olublar.

Hazırda Azərbaycan təmsilçisi “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparır.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Mədəni tarixi abidələrimizin təbliği

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi