Ru
Bakı
USD
EUR
GBP
RUB

Millimiz Türkiyədə Avropa çempionatına hazırlaşır

news photo

28.01.2020 15:13 // İdman

Qadınlardan ibarət güləş yığmamız yanvarın 27-dən ölkə xaricində növbəti təlim-məşq toplanışına start verib.

Azərbaycan Güləş Federasiyasından Youthportal.az-a bildirilib ki, millimiz baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkiyədə hazırlıq keçir. Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanışda Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) iştirak edir. Komandamız fevralın 10-dək Ədirnədə Türkiyə yığması ilə birgə toplanış keçəcək. Millimiz qitə birinciliyində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya qonşu ölkədən yollanacaq.

Qeyd edək ki, yığmanın lideri Mariya Stadnik məşqləri Ukraynanın Lvov şəhərində davam etdirir.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi