Ru
Bakı
USD
EUR
GBP
RUB

Milli Xalça Muzeyində “Xalça diyarına səyahət” adlı uşaq festivalı təşkil ediləcək

news photo

04.12.2019 13:26 // Cəmiyyət

Dekabrın 7-8-də Azərbaycan Milli Xalça Muzeyində “Xalça diyarına səyahət” adlı uşaq festivalı keçiriləcək. Muzeyin uşaq şöbəsinin 10 illiyinə həsr olunmuş festival iştirakçıları üçün əyləncəli viktorina, nağıl qəhrəmanları ilə kvest oyunu, ustad dərsləri təşkil olunacaq, onlara kukla tamaşaları göstəriləcək.

Milli Xalça Muzeyindən Youthportal.az-a bildirilib ki, sürprizlərlə dolu festivalda uşaqlar möhtəşəm karnaval, Transformers Bumblebee şou sevinci yaşayacaq, atəşfəşanlıqdan zövq alacaq, müxtəlif hədiyyələr qazanacaqlar.

Festival günlərində Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin əməkdaşları, “Gülsam” Əlillərin Reabilitasiya İctimai Birliyi, uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq tədbirə qatılan uşaqlar xəyallarından silinməyəcək festival həyəcanı yaşayacaqlar!

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi