Ru
Bakı
USD
EUR
GBP
RUB

Milli Şura Avropa Gənclər Forumunda təmsil olunub

news photo

03.05.2018 10:40 // Gənclər üçün

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Brüsseldə Avropa Gənclər Forumunun üzvlərinin şurasında iştirak edib. Tədbirdə Avropa Gənclər Forumunda təmsil olunan 104 gənclər təşkilatları milli şurasının və beynəlxalq gənclər təşkilatlarının 110-a yaxın nümayəndəsi iştirak edib.

Şurada Avropa Gənclər Forumu üzvləri bir sıra mövzular üzrə qətnamə və siyasət qəbul edib. Şura çərçivəsində Avropa Gənclər Forumunun prezidenti Luis Alverado Martinez yarımillik proqram hesabatı təqdim edib və qəbul olunub. Eyni zamanda, Avropa Gənclər Forumunun üzvlüyü üçün müraciət edən təşkilatların namizədliyinə baxılıb. Avropa Gənclər Forumunun Yeni Üzvlərin Qəbulu Komissiyasının üzvü olan Aysun Zeynalova Komissiyanın digər üç üzvləri ilə birlikdə namizəd üzvlərlə keçirilən yoxlamaların nəticələri haqqında hesabat verib və tədbir iştirakçıları tərəfindən unvanlanan sualları cavablandırıb.

Məlumat üçün qeyd edək ki, Avropa Gənclər Forumu Avropa ölkələrinin Gənclər Milli Şuraları və beynəlxalq təşkilatlardan ibarət 104 təşkilatı birləşdirir və 10 milyona yaxın gənci əhatə edir, onların maraqlarını təmsil edir. ARGTMŞ 1997-ci ildən Forumun tamhüquqlu üzvü və Azərbaycanı Forumda rəsmi olaraq təmsil etmək hüququna malik yeganə təşkilatdır. 2014-cü ilin avqust ayında ARGTMŞ-nın beynəlxalq səviyyədə uğurlu fəaliyyətinin nəticəsi olaraq forumun idarə heyətinin cari il üzrə sonuncu iclası Azərbaycanda keçirilib. 2016-cı ildə isə Varna şəhərində keçirilən Baş Assambleya zamanı ARGTMŞ-nın sədr müavini Aysun Zeynalova Avropa Gənclər Forumunun Yeni Üzvlərin Qəbulu Komissiyasının üzvü seçilib.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi