Ru
Bakı
USD
EUR
GBP
RUB

Milli qurtuluş, xalqın zəfəri...

news photo

14.06.2019 15:30 // Cəmiyyət

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı filialı 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Milli qurtuluş, xalqın zəfəri” başlığı altında tədbir keçirib.

Baş İdarədən Youthportal.az-a bildirilib ki, tədbirdə Mirzə Ələkbər Sabir adına 259 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq təcavüzü respublikada vəziyyəti gərginləşdirib. Ulu öndər Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində fəaliyyətə başlayıb. Ümummilli Liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi, vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olub.

Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi