Ru
Bakı
USD
EUR
GBP
RUB

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri müəyyənləşib

news photo

08.02.2020 12:07 // İdman

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan şahmat turniri təşkil olunub. Şahmatın rapid növü üzrə keçirilən yarışda 16 yaşadək uşaqlar və yeniyetmələr mübarizə aparıblar.

Youthportal.az xəbər verir ki, yarışda 6 xalla birinci yeri Paşam Əlizadə tutub. İkinci və üçüncü yerlərə Amin Qurbanov (5,5 xal) və İsmayıl Qurbanov (5 xal) sahib olublar.

Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin, “Grandmaster” şahmat klubunun təşkilatçılığı ilə baş tutan yarışda 65 şahmatçı qüvvəsini sınayıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi