Ru
Bakı
USD
EUR
GBP
RUB

“Milli Qəhrəman Albert Aqarunov və Vətən sevgisi” kitabı çapdan çıxıb

news photo

25.11.2019 19:25 // Cəmiyyət

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşı Turan Nəsirovanın “Milli Qəhrəman Albert Aqarunov və Vətən sevgisi” adlı kitabı nəşr olunub.

Fonddan Youthportal.az-a bildiriblər ki, kitab Milli Qəhrəmanın ailə üzvlərinin, dostlarının və döyüş yoldaşlarının onunla bağlı söhbətləri, nəql etdikləri hekayələr, həmçinin arxiv sənədləri əsasında qələmə alınıb. Nəşrdə Albert Aqarunovun uşaqlıq və gənclik illərinə, şəhid olduğu ana qədər keçdiyi döyüş yoluna işıq salınıb, yaxınlarının və doğmalarının acılı-şirinli xatirələrinə yer verilib.

Kitab Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 50 illiyinə həsr edilib.

Digər xəbərlər

Xəbər lenti

Sabah 40 dərəcəyədək isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi