Ru
Bakı
USD
EUR
GBP
RUB

Milli Oftalmologiya Mərkəzinin Şəki filialı açılacaq

news photo

17.10.2019 17:44 // Cəmiyyət

Oktyabrın 25-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialı açılacaq.

Youthportal.az xəbər verir ki, mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri Yazgül Abdiyeva qeyd edib ki, açılış münasibətlə oktyabrın 25-də Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin VII regional konfransı, oktyabrın 26-da isə “Azərbaycan Gənc Oftalmoloqların XIII elmi-praktiki konfransı” keçiriləcək.

Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Şəki şəhərində “Respublikanın Regionlarında Oftalmologiyanın İnkişafı, Problemləri, Nailiyyətləri” mövzusunda keçiriləcək 7-ci regional konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.

“Müasir oftalmologiyanin son nailiyyətləri” mövzusunda keçiriləcək XIII elmi-praktiki konfransın məqsədi gənc oftalmoloqların bilik və bacarıqlarını nümayiş etdirmək, oftalmologiya sahəsində əldə olunan son nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaqdır.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi