Ru
Bakı
USD
EUR
GBP
RUB

Milli Kitabxanada növbəti sərgi insan hüquqlarına həsr olunub

news photo

19.06.2019 12:54 // Cəmiyyət

İyunun 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “İnsan hüquqları” adlı kitab sərgisi açılıb.

Kitabxanadan Youthportal.az-a bildirilib ki, sərgidə insan hüquq və azadlıqlarının bütün sahələrindən bəhs edən müxtəlif dillərdə nəşr olunmuş kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi