Ru
Bakı
USD
EUR
GBP
RUB

Milli Kitabxanada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı kitab sərgisi açılıb

news photo

22.07.2019 14:50 // Cəmiyyət

Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə ilk Azərbaycan milli mətbuatının əsası qoyulub. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, bütün dövrlərdə həqiqət carçısı olub. Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunmağa başlayıb.

Bu münasibətlə iyul ayının 22-də Azərbaycan Milli Kitabxanasında “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan Youthportal.az-a bildirilib ki, sərgidə Həsən bəy Zərdabinin əsərləri, haqqında yazılan kitablar, Azərbaycanın milli mətbuat tarixini əks etdirən ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Digər xəbərlər

Xəbər lenti

Havanın temperaturu 39 dərəcə olacaq

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi