Ru
Bakı
USD
EUR
GBP
RUB

“Milli faunamız uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

news photo

23.12.2016 18:45 // Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA )Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr edilən “Milli faunamız uşaqların gözü ilə” rəsm müsabiqəsinin sərgisi və qaliblərin mükafatlandırılması mərasimi olub.

MEK-dənbildiriblər ki, balaca fırça ustalarının əl işlərindən ibarət sərgi Zoologiya İnstitutunun və “Əlifba” Tədris Mərkəzinin əməkdaşlığı çərçivəsində təşkil olunub.

Zoologiya İnstitutu direktorunun elmi işlər üzrə müavini, biologiya elmləri doktoru Elşad Əhmədov gənc nəslin təbiəti duymasında, zəngin flora və faunaya malik ölkəmizin tanıdılmasında bu cür tədbirlərin əhəmiyyətini qeyd edib, iqlim dəyişikliyinin baş verdiyi müasir dövrümüzdə ətraf mühitin qorunmasının vacibliyini vurğulayıb. E.Əhmədov gənc rəssamların sərgi-müsabiqəyə təqdim etdikləri əsərləri yüksək qiymətləndirib, Azərbaycan gənclərinin böyük bacarıq və istedada malik olduqlarını söyləyib.

“Əlifba” Tədris Mərkəzinin direktoru Sevda Əliyeva sərginin təşkilinə görə Zoologiya İnstitutuna təşəkkürünü bildirib.

Sonra iştirakçılar sərgidəki əsərlərlə tanış olublar. Sərgidə 28 şagirdin rəsm əsəri nümayiş etdirilib. Mükafata layiq görülən rəsmlər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Arif Qazıyev tərəfindən seçilib. Müəlliflərə hədiyyə və sertifikat təqdim olunub.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi