Ru
Bakı
USD
EUR
GBP
RUB

Milli Dram Teatrı Novruz günlərində “Sehrli sandıq” şənliyini təqdim edəcək (FOTO)

news photo

19.03.2019 16:48 // Cəmiyyət

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün “Sehrli sandıq” şənliyini təqdim edəcək.

Teatrın mətbuat xidmətindən Youthportal.az-a verilən məlumata görə, Könül Məmmədovanın “Sehrli sandıq” əsəri əsasında hazırlanacaq eyniadlı şənliyin rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgəroğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Şənlikdə aktyor Rüstəm Rüstəmov, (Dədə Qorqud), Əməkdar artist Mehriban Xanlarova (Buta), aktrisa Ayşən Əsədova (Sürməli qız), Əməkdar artist Sevinc Əliyeva (Tirməli qız), aktyorlar Rada Nəsibova (Hörməli qız), Şahin Tağızadə (Ağıllı oğlan), Ləman Fərmanlı (İgid oğlan), Əminə Cəfərova (Dürüst oğlan), Vüsal Məmmədov (Kosa) və Elçin Hacıyev (Keçəl) iştirak edəcək.

Martın 20, 21, 22, 23-də nümayiş ediləcək şənlik saat 11:00, 13:00 və 15:00-da başlayacaq.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Atəşkəs 18 dəfə pozuldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi