Ru
Bakı
USD
EUR
GBP
RUB

Milli Debat Proqramı payız mövsümünə keçid alır (FOTO)

news photo

04.10.2017 14:58 // Cəmiyyət

Yaz mövsümündə 67 təlim, 27 turnir, 8 forum, həmçinin yay düşərgəsi keçirmiş və 1000-dən çox gənci əhatə etmiş Milli Debat Proqramı payız mövsümünə keçid alır. Proqram yaz mövsümündə Bakı və regionlarda gənclərin inkişafı, onların maarifləndirilməsi və asudə vaxtının səmərəli təşkili istiqamətində layihə və forumlarla yadda qaldı.

Milli Debat Proqramı 2010-cu ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və DVC təşkilatı tərəfindən təməli qoyulmuş “Respublika Gənclər Debat Forumu”nu ənənəvi olaraq, 2017-ci ilin yaz mövsümündə də keçirildi. Cənab Prezidentimiz İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsinə əsasən, “Respublika Gənclər Debat Forumu: Yaz 2017” layihəsi “Beynəlxalq terrorizmdə İslam həmrəyliyinin rolu” mövzusu ətrafında reallaşdı. Forum çərçivəsində Milli Debat Proqramının 8 regional nümayəndəliyi regiondaxili forumlarla gənclərin marağına səbəb oldular. Bundan əlavə “Respublika Gənclər Debat Forumu: Yaz 2017” layihəsi çərçivəsində Bakı şəhərində 11 universitetin iştirak etdiyi “Bakı Gənclər Debat Forumu” keçirildi. Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və DVC təşkilatı tərəfindən keçirilmiş “Respublika Gənclər Debat Forumu: Yaz 2017” layihəsinin tərəfdaşları ADA Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqları və “IDEA” NL beynəlxalq təşkilatı olub.

Milli Debat Proqramı yay tətilində də gənclərin asudə vaxtlarını səmərəli keçirməsinə nail olub. Belə ki, 4-6 avqust tarixlərində DVC təşkilatı, ADA Universiteti və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində “1st LD Summer Debate Camp” layihəsi baş tutdu. 50 nəfərdən çox gəncin iştirak etdiyi ilk ingilis dilli debat yay düşərgəsi Şəki şəhərində keçirildi. Gənc debatçılar düşərgə boyu sadəcə öz debat və natiqlik bacarıqlarını artırmaqla yanaşı, həmçinin yay istirahətlərini də səmərəli keçirdilər.

Yaz mövsümündə ölkə səviyyəli tədbirləri ilə yadda qalan Milli Debat Proqramı, payız mövsümündə də bir sıra forum və tədbirlər keçirməyi planlaşdırır. Xüsusilə qeyd etmək lazımdır ki, Proqram universitet tələbələri və region gənclərinin inkişafı istiqamətində fəaliyyət planını genişləndirir. Bundan əlavə, məktəbli debatçıların inkişafı, həmçinin məktəblilərin debata cəlb olunması istiqaməti də Milli Debat Proqramının fəaliyyət planında yer alır.

Gənclərin müxtəlif mövzularda bilik və təcrübələrini, dünyagörüşlərini inkişaf etdirməyi hədəfləyən Proqram 2017-ci ilin payız mövsümündə “Sahibkarlıq” mövzusunu ön plana çəkməyi nəzərdə tutub. “Kiçik və orta sahibkarlıq”, “Startap fəaliyyəti”, “Gənc sahibkarlara dövlət dəstəyi” ideyalarını əhatə edəcək mövzu, gənclərin dünyagörüşünün inkişafında xüsusi rol oynayacaq. Yeni mövsümdə “Respublika Gənclər Debat Forumu: Payız 2017” layihəsindən başqa, bir çox yeni layihələr və turnirlərdə ölkəmizdə keçirilməyən debat formatlarının tətbiq edilməsi planlaşdırılıb.

Qeyd edək ki, Milli Debat Proqramı DVC tərəfindən illərlə toplanmış təcrübəyə əsaslanaraq, debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Hazırda 11 Regional Debat Mərkəzi və paytaxtda 15 ali təhsil müəssisəsində Debat Klubları vasitəsi ilə respublikanın 45 rayonunu və bütün böyük şəhərlərini əhatə edir.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi