Ru
Bakı
USD
EUR
GBP
RUB

“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

news photo

19.12.2018 14:12 // High-tech

“Microsoft” korporasiyası bayram günləri ərzində istifadəçilərin təhlükəsizliyini təmin edəcək siyahı tərtib edib. 

Bu barədə Youthportal.az-a Şirkətin Azərbaycan nümayəndəliyindən bildirilib. 

Məlumata görə, istirahət və bayram günləri çox vaxt rəqəmsal təhlükəsizlik təhdidləri riski ilə müşayiət olunur: “Hədiyyələr, səyahətlər və bu kimi digər təkliflər üzrə onlayn reklamların və elektron poçta gələn məktubların sayı artır. Təəssüf ki, bu təkliflərin çoxu qənaət əvəzinə pulun və ya əmlakın itirilməsinə və istifadəçinin şəxsi məlumatlarının oğurlanmasına səbəb ola bilər. Bütün bunları nəzərə alan “Microsoft” korporasiyası bayram günləri ərzində istifadəçilərin təhlükəsizliyini təmin edəcək siyahı tərtib edib”. 

Korporasiya tövsiyə edir ki, şirkətlər təhlükəsizliyinə əmin olduqları saytlara daxil olmalıdır:

“Bəzən “ən yaxşı təkliflər” gizli zərərli proqram təminatı vasitəsilə gəlir. Təhlükəsizliyi təmin etmək üçün yalnız nüfuzlu və etibarlı saytlar (saytların “https” ilə başlamasından və qarşısında kilid  işarəsi olduğundan və şəxsi məlumatları daxil edərkən ödəmə metodlarının təhlükəsizliyindən əmin olun) və rəsmi mağazalarından yüklənən tətbiqlər vasitəsilə alış-verişinizi həyata keçirin, məsələn, www.microsoft.com/store. Aylıq bank çıxarışlarınızı diqqətlə izləyin və fırıldaq ödənişlərin olmamasında əmin olmaq üçün onlayn və fərdi alış-verişlərinizi yoxlayın. Siz tərəfdən edilməyən hər hansı ödəniş müşahidə edən kimi dərhal bankla əlaqə saxlayın. Bir çox fırıldaqçılıq növündən ənənəvi olaraq fəal şəkildə insanların xeyriyyəçiliklə məşğul olan zaman istifadə edilir. Kimsə sosial mühəndislik vasitəsilə sizin şəxsi məlumatlarınıza müdaxilə etdiyi zaman vaxtında xəbərdar olmanız vacibdir. Fişinq kimi fırıldaq sxemlərini və onlardan yan keçmək üsullarını öyrənməyə çalışın”.

Həmçinin internet istifadəçiləri ikifaktorlu autentifikasiyanı aktivləşdirməlidirlər: “İkifaktirlu autentifikasiya (2FA) hesabın təhlükəsizliyini artıran əlavə səviyyədə yoxlamanı təmin edir. 2FA həm korporativ, həm də elektron poçt, sosial şəbəkələr, bank əməliyyatları kimi şəxsi hesablar üçün əlçatandır.

Yalnız uçot məlumatları tələb edən Wi-Fi şəbəkələrindən istifadə edin. Ödənişsiz və ya ictimai Wi-Fi şəbəkəsindən istifadə etdikdə şəxsi və gizli məlumatlarla paylaşmayın. Təhlükəsiz Wi-Fi bağlantısı əldə edənədək gözləyin və ya məlumatlara daxil olmaq və online alış-veriş etmək üçün mobil internet məlumatlarınızdan istifadə edin.

Evdən uzaq olmağınız haqqında məlumat oğruların sizə zərər vurması üçün yeganə səbəb ola bilər. Risk etməyə dəyməz.

Diqqətli olun! Cihazlarınıza nəzarət edin və onları gözdən buraxmayın. Onların daxilində sizin bank məlumatlarınız, sosial media və elektron poçt hesabları, parollar və bu kimi şəxsi məlumatlar ola bilər". 

Digər xəbərlər

Xəbər lenti

Bakıda külək əsəcək, yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi