Ru
Bakı
USD
EUR
GBP
RUB

"Microsoft" 40 milyard dollar dəyərində öz səhmlərini geri alacaq

news photo

19.09.2019 16:18 // High-tech

Dünyanın ən böyük proqram istehsalçısı olan "Microsoft"un Direktorlar Şurası şirkətin 40 milyard dollar dəyərində öz səhmlərinin geri alınması proqramını təsdiqləyib.

Youthportal.az "İnterfaks"a istinadən xəbər verir ki, yeni geri alma proqramının vaxt məhdudiyyəti yoxdur və istənilən vaxt ləğv edilə bilər.

Bu, analoji miqyasda olan üçüncü "buyback" proqramıdır. Əvvəlki oxşar proqramlar 2013 və 2016-cı illərdə Direktorlar Şurası tərəfindən təsdiq edilib.

"Microsoft" eyni zamanda rüblük dividendləri 5 sent artıraraq bir səhm üçün 0,51 dollara çatdırmağı qərara alıb. Bu isə əvvəlki rüblə müqayisədə 11% çoxdur. Dividend ödənişi dekabrın 12-nə təyin edilib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

“Könüllülük Sərhəd Tanımır!” (FOTO)

Faktiki hava şəraiti açıqlandı

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi