Ru
Bakı
USD
EUR
GBP
RUB

Məzahir Pənahov: Bələdiyyə seçkilərində bütün məntəqələrdə səsvermə normal həyata keçdi

news photo

24.12.2019 09:35 // Siyasət

Bələdiyyə seçkilərində bütün məntəqələrdə səsvermə normal həyata keçdi.

Youthportal.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında deyib.

MSK sədri bildirib: "Xoşagəlməz hadisələrlə bağlı sosial şəbəkələrdə məlumat yayılırdı, amma MSK-ya bir müraciət daxil oldu və o da aidiyyəti üzrə dairə seçki komissiyasına göndərildi. Qanunauyğun olaraq biz müraciətə baxdıq və dairə seçki komissiyasına göndərdik. MSK bu məsələnin üzərində dayanacaq ki, dairə seçki komissiyası bu məsələyə vaxtında baxsın. Sosial şəbəkələrdə yayılan görüntüləri ciddi şəkildə araşdırmağa başlamışıq”.

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

Seçkilərdə seçici fəallığı 32,72 faiz olub. Səs vermiş seçicilərin sayı 1 627 064 nəfər təşkil edib. Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.

Seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. 38 min 621 seçicidən 16 min 800 (43.50 faiz) səs verib.

Eyni zamanda, seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz (Gəncə) İkinci Seçki Dairəsidir. Burada 42 min 085 seçicidən 10 min 156 (24.13 faiz) səs verib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi izləyib.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi