Ru
Bakı
USD
EUR
GBP
RUB

Metronun “İçərişəhər” stansiyasında sosial layihə həyata keçirilir

news photo

18.12.2018 12:24 // Cəmiyyət

Dekabrın 18-də Bakı metropoliteninin “İçərişəhər” stansiyasında sosial layihə həyata keçirilir.

Youthportal.az xəbər verir ki, səhər saat 10:00-dan axşam saat 19:00-a qədər “İçərişəhər” stansiyasında keçirilən yarmarkada gənc istedadların əl işlərinin satışını təşkil etmək üçün şərait yaradılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, “Əl işləri yarmarkası” adlandırılan sosialyönümlü aksiya təmənnasız təşkil edilib. Əsas məqsəd gənc istedadlara bacarıqlarını nümayiş etdirməkdə dəstək olmaq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır.

Yarmarkada 30 stenddən ibarət əl işləri təqdim olunur və metronun sərnişinləri tərəfindən böyük maraqla qarşılanır.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi