Ru
Bakı
USD
EUR
GBP
RUB

Mətbuat Gününə həsr olunmuş mini-futbol turniri keçiriləcək

news photo

03.07.2019 15:36 // İdman

“Azfar Group”un dəstəyi, TYRES-AZ MMC-nin təşkilatçılığı, “Mammedov Group”un baş sposorluğu, İrşad Telekomun sposorluğu ilə jurnalistlər arasında mini-futbol üzrə “I Əkinçi Kuboku” turniri keçiriləcək.

Youthportal.az xəbər verir ki, turnirin təşkilində əsas məqsəd jurnalistlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması, jurnalistlərin asudə vaxtlarını səmərəli keçirməsi və sağlam bədəndə sağlam ruh prinsipi və jurnalistlər arasında xoş ünsiyyətin yaradılmasıdır.

Qeyd edək ki, jurnalistlər arasında keçiriləcək turnirdə jurnalistlər (müxbir, reportyor, redaktor, şərhçi) və digər idman federasiyalarının mətbuat xidmətinin rəhbərləri (ancaq rəhbəri) iştirak edə bilərlər. Turnir olimpiya sistem üzrə keçiriləcək. Qeyd edək ki, turnir qeydiyyatdan keçəcək ilk 16 komanda arasında baş tutacaq.

Yarışda iştirak etmək istəyən jurnalistlərdən ibarət komandalar iyulun 4-ü, saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. Göstərilən tarixdən sonra heç bir komandanın (futbolçunun) sifarişi qəbul olunmayacaq. Nəzərinizə çatdıraq ki, "I Əkinçi Kuboku"un oyunları yalnız həftənin şənbə və bazar günləri saat 10:00-da Azfar Groupun meydançasında start götürəcək və 12:00-dək davam edəcək. İyulun 5-də turnirin püşkatma mərasimi baş tutacaq.

Turnirin keçirilmə şərtləri;* Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur.

* Turnirin təqvimi bir dəfə tərtib edilərək komandalara təqdim olunacaq. Heç bir komanda oyunun başqa vaxta keçirilməsini tələb edə bilməz. Müstəsna hallarda oyunların vaxtı dəyişdirilə bilər. Dəyişdiriləcək oyunların vaxtı üçün hər iki komandanın yazılı ərizəsi TYRES-AZ MMC-nin əməkdaşlarına təqdim edilməlidir.

*Qarşılaşmalar hər biri 20 dəqiqə olmaqla iki hissədən, hissələrarsı fasilə isə 5 dəqiqədən ibarət olacaq.

* Hər bir komandanın hər hissədə 1 (bir) dəfə “taym out” götürməsinə icazə verilir.* Götürülən “taym out”lar ərzində oyunun vaxtı saxlanılır.* Hissələrin əsas vaxtına (müstəsna hallar istisna olmaqla) vaxt əlavə olunmayacaq.* Turnirin oyunları zamanı texniki zonada hər komandadan yalnız 1 (bir) nəfər mülki geyimli şəxsin dayanmasına icazə verilir.* Oyunların gedişində əvəzetmələrə məhdudiyyət qoyulmur.

* Qapıçı 4 saniyədən artıq topu özündə saxlaya bilməz. Bu qayda aut atışları və küncdən zərbələr zamanı da qüvvədədir.

* Meydanda futbolçuların sayı 5 sahə oyunçusu və 1 qapıçıdan ibarət olacaq.* Qarşılaşmalar zamanı hər hissədə 5 cərimə zərbəsindən sonra növbəti cərimə 10 metrəlik zərbə ilə tamamlanacaq.* Oyunlar 5 nömrəli topla oynanılacaq.* Komandaların heyətlərində əlavə sifarişlər qəbul olunmur.* Komandalara təqdim edilən sifariş vərəqəsinə maksimum 12 (on iki) futbolçunun adı daxil edilir. Oyunun protokoluna da bu sayda futbolçunun adı və soyadı daxil edilə bilər.* Qarşılaşmanın başlamasına 10 dəqiqə qalmış matçın protokolu komandanın kapitanları tərəfindən doldurulmalıdır.* İlk olaraq protokolu nominal meydan sahibi komandanın kapitanı doldurmalıdır.* Komandalardan biri oyuna gəlmədiyi halda ona texniki məğlubiyyət verilir (0:5 hesabı ilə). Qeyd edək ki, 0:5 hesablı texniki məğlubiyyət verilirsə, bu turnir cədvəlində öz əksini tapacaq. Həmin 5 (beş) qol da turnir cədvəlinə əlavə olunacaq. Əgər hər iki komanda oyuna gəlməzsə, hər ikisinə texniki məğlubiyyət veriləcək. Bu zaman da toplar turnir cədvəlində öz əksini tapacaq.* Turnir olimpiya sistem üzrə keçiriləcək.* Turnirdə hava şəraiti ilə əlaqədar oyunların keçirilib-keçirilməyəcəyinə Təşkilat Komitəsi qərar verəcək.

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi