Ru
Bakı
USD
EUR
GBP
RUB

“Metamorfoza” növbəti dəfə səhnədə

news photo

27.11.2019 17:14 // Cəmiyyət

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti sənət ocağının repertuarında maraqlı tamaşalardan sayılan “Metamorfoza”nı növbəti dəfə təqdim edəcək. Noyabrın 30-da nümayiş ediləcək tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb.

Youthportal.az xəbər verir ki, rejissor Günay Səttarın quruluşunda təqdim olunacaq tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış edəcək. A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində izləniləcək səhnə əsərinin xronometrajı 75 dəqiqədir. Tamaşada üç naməlum şəxs düşdükləri şəraitdə “özlərini kənardan görməyi” oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün özlərindən uzaqlaşırlar.

Səhnə əsərinin məramı belədir: sonrakı peşmançılıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.

Digər xəbərlər

Xəbər lenti

Sabah 40 dərəcəyədək isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi