Ru
Bakı
USD
EUR
GBP
RUB

Mesut İlter: “Bakı Ali Neft Məktəbinin məzunları ODTU, Boğaziçi məzunlarından bir çox keyfiyyətinə görə üstündür”

news photo

01.05.2019 13:53 // Təhsil

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəri ilə görüşmüş “Star” neft emalı zavodunun icraçı direktoru Mesut İlterlə müsahibəni sizə təqdim edirik.

- Mesut bəy, Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşdən aldığınız təəssüratlarınız necədir?

- Bakı Ali Neft Məktəbinin tələbələrini çox həvəsli gördüm, görüş vaxtı çox suallar verildi, üstəlik tələbələrin məzmunlu sualları xüsusilə xoşuma gəldi. Bu, onların həm də mövzunu diqqətlə dinlədiyini göstərirdi. Tələbələr məndə sosial, ünsiyyətə açıq təəssüratı yaratdı, özlərinə inamı da yüksək idi. Özünə inamın yüksək olması gələcəkdə onları iş həyatında da uğura aparacaq.

- Mesut bəy, görüş zamanı ən çox diqqətinizi çəkən məqam nə oldu?

- Diqqətimi çəkən məqam o idi ki, Bakı Ali Neft Məktəbi sadəcə universitet deyil, burda sanki ailə mühiti var, sanki hər kəs bir-birinin uğuru üçün çalışır. BP-nin təcrübə proqramı ilə yanaşı, bizim şirkətin təcrübə proqramına seçilmiş tələbənin öz tələbə yoldaşına dəstək üçün təcrübə proqramından imtina etməsi xüsusi təsiredici məqam idi.  Valideynlərin tələbə övladlarının uğurunu bölüşməyə gəlməsi də xoş məqam idi, bunu Türkiyədə nadir görmək olar. Zənnimcə, bu amil də tələbənin inkişafına müsbət təsir edir.

- SOCAR Türkiyədə işlə təmin olunmuş məzunlar haqqında nə deyə bilərsiz?

- BANM-ın məzunlarından hal-hazırda 30-a qədəri bizdə çalışır. Hamısının akademik göstəriciləri əladır, çalışırıq ki, onlar təkcə nəzəri biliklərlə kifayətlənməsinlər, praktik formada istehsalat prosesini görsünlər, çətinliklə üzləşsinlər, riskləri bilsinlər, vəziyyətdən çıxmağı bacarsınlar. Çalışırıq gənc əməkdaşlarımız sadəcə mühəndis olmasın, lider-mühəndis kimi yetişsinlər, işə tam hakim olsunlar. Yəni bütün bunlarla yanaşı, onlar həm də sosial aktivliyinə, ünsiyyət bacarığına görə seçilsin, liderlik vərdişləri qazansınlar. Heyətimizdə başqa universitetlərdən gəlmiş məzunlar da var. İş qabiliyyəti və potensialına gələndə BANM məzunları OTDÜ və Boğaziçi məzunlarından bir çox keyfiyyətinə görə üstündür.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi