Ru
Bakı
USD
EUR
GBP
RUB

Məşhur rəssamlar Avropa Oyunlarına 50 gün qalmasını qeyd etmək üçün Bakı 2015-in maskotlarına yeni görünüş verir

news photo

23.04.2015 19:43 // İdman

Bu gün, Bakı 2015, şəhərin mərkəzində idman və incəsənəti bir araya gətirərək hazırlanan xüsusi tədbirlə Birinci Avropa Oyunlarına 50 gün qalmasını qeyd edir.

Mükafata layiq görülmüş fransız rəssam Dafne Bitçaç da daxil olmaqla 4-ü azərbaycanlı, 4-ü də Avropa ölkələrindən gələn 8 rəssam Avropa Oyunlarının maskotları Ceyran və Narın heykəllərini bəzəmək üçün Bakıya dəvət olunublar.

Rəssamlar boyamanı bitirəndən sonar, bu heykəllər Oyunlar zamanı azarkeşlərin dəyərləndirməsi üçün Bakının müxtəlif nöqtələrində yerləşdiriləcək.

Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov bu barədə dedi: “Bakı 2015-in başlamasına 50 gün qaldığı bir vaxtda yaradıcılıqları ilə ilk Avropa Oyunlarına yaddaşlara həkk olunacaq töhvə verəcək 8 rəssamın hər birini salamlayıram. Bakı 2015-i bizimlə birlikdə bayram edən bütün azarkeşlər, onların yaratdıqları incəsənət nümunələrini izləyə biləcəklər. Bu nümunə eyni zamanda, Avropanın fərqliliyini vurğulayacaq”.

Tədbirə cəlb olunan digər rəssamlar italiyalı Albert Loro, alman İnge H.Şmidt və latviyalı Andris Vitolinsdi. Azərbaycanlı rəssamlardan isə Nailə Sultan və Eldar İbadullayev, eləcə də, Azərbaycan Dövlət Tətbiqi İncəsənət Akademiyasının müsabiqəsində qalib gəlmiş iki tələbəsi Fidan Novruzova və Fərəh Mirzəyeva da tədbirə dəvət olunublar.

Dafne Bitçaç tədbirdə iştirak edəcək səkkiz rəssamdan biri olduğu üçün məmnunluğunu bildirdi: “İlk Avropa Oyunları üçün bu cür yaddaqalan töhvə yaratmağa dəvət olunmağım mənə qürur hissi verir. Bu, bizə, Bakı 2015-i yüksək səviyyəli tədbirə çevirmək və Avropa Oyunlarının sosial irsinə öz töhvəmizi vermək üçün möhtəşəm imkan yaradır”.

Avropa Oyunlarına 50 gün qaldığı bir vaxtda, bu yay Bakıda gerçəkləşəcək möhtəşəm idman bayramına son hazırlıqlar davam etməkdədir. Ötən həftə boks və güləş üzrə beynəlxlaq turnirlərlə idman növləri üzrə test yarışları proqramına yekun vuruldu. Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Bakı Kristal Zalı və Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların təşkilatçılığından və qazanılan müvəffəqiyyətdən məmnunluğunu ifadə etdi.

O dedi: “Biz böyük kütlə qarşısında beş gün intensiv beynəlxalq rəqabətin şahidi olduq. Bu bizim əməliyyat hazırlığımız üçün böyük sınaq idi. Xidmətlər, bilet satışı əməliyyatları, əməkdaşlar və könüllülər hamısı yüksək bacarıq nümayiş etdirdilər, biz nəticə olaraq çox yüksək səviyyə rəqabət gördük. Bakı 2015 Avropa Oyunları vaxtı böyük tamaşa zövqü yaşanacağını gözləyə bilərik”.

Bakı 2015 Avropa Oyunlarının biletlərini birbaşa olaraq, Bakı şəhərinin 11 əlverişli məkanında, o cümlədən Park Bulvar, 28 Mall və Metro Park ticarət mərkəzlərindən və www.baku2015.com/tickets vebsaytında almaq olar.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Bakı 2015 Avropa Oyunlarının biletlərini birbaşa satış məntəqələrindən yaxud www.baku2015.com/tickets saytından onlayn üsulla almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq bildirişləri şəhərin aşağıda göstərilmiş ünvanlarda yerləşən, istənilən bilet satış məntəqələrində biletə dəyişdirilə bilər. Park Bulvar, 28 Mall, Metro Park ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, Azərbaycan kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq Meydanı, ASAN xidmətin Yasamal filialı, eyni zamanda, Neftçilər, Əhmədli metrostansiyaları yaxınlığında və Fəvvarələr Meydanında yerləşən McDonald’s restoranları.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi