Ru
Bakı
USD
EUR
GBP
RUB

Məşhur kinodramaturq Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq

news photo

10.02.2019 17:45 // Cəmiyyət

Beynəlxalq Muğam Mərkəzində məşhur kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq.

Youthportal.az xəbər verir ki, fevral ayının 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin “Teatr sənəti” fakültəsinin tələbələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət xadimi, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” əsərinin motivləri əsasında (rus dilində) tamaşa nümayiş olunacaq.

Maqsud İbrahimbəyovun eyni adlı əsəri əsasında hazırlanan tamaşada Əməkdar artist Maqsud Məmmədov və dram rejissoru ixtisası üzrə rus bölməsinin tələbələri Mir Qabil Əkbərov, Yuri Omelçenko, Milanа Sokolenko, Zaur Terequlov, Elnur Rzayev və başqaları iştirak edəcəklər.

Layihənin rəhbəri professor Fəridə Səfiyeva, kurs rəhbərləri - Xalq artisti, professor Cənnət Səlimova və Əməkdar artist Sona Mikayilovadır.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi