Ru
Bakı
USD
EUR
GBP
RUB

Məşhur futbolçu karyerasını başa vurur

news photo

13.11.2019 20:13 // İdman

Futbol üzrə İspaniya millisinin heyətində dünya və Avropa çempionatının qalibi olan David Vilya karyerasını başa vurur.

Youthportal.az xəbər verir ki, hazırda Yaponiyanın “Vissel Kobe” klubunun formasını geyinən 37 yaşlı hücumçu bu barədə təşkil etdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, dekabrın 7-də ölkə çempionatının sonuncu turunda “Cubilo İvata” ilə ev oyununda sonra peşəkar karyerasını sonlandıracaq.

Qeyd edək ki, Vilya karyerası ərzində vətənində “Sportinq”, “Saraqosa”, “Valensiya”, “Barselona” və “Atletiko”, eləcə də ABŞ-ın “Nyu-York Siti” və Avstraliyanın “Melburn” komandalarında çıxış edib. O, İspaniya çempionatının, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi