Ru
Bakı
USD
EUR
GBP
RUB

Mərkəzi Elmi Kitabxanaya son aylarda 406 nüsxə material daxil edilib

news photo

20.09.2019 11:47 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) son aylarda beynəlxalq kitab mübadiləsi nəticəsində xarici ölkələrdən 378 nüsxə çap materialı, 28 nüsxə elektron sənəd daxil edilib.

MEK-dən Youthportal.az-a bildirilib ki, bununla yanaşı, ölkəmizin təbliği məqsədilə müxtəlif ölkələrin kitabxanalarında yeni açılmış Azərbaycan bölmələri üçün ədəbiyyatlar göndərilib. Cari ildə 3 təşkilatla – Türkiyənin Ankara Kitabxanasının Azərbaycan bölməsi, Koreya Avroasiya Şərq Araşdırmaları İnstitutunun Kitabxanası və Hindistan Gauhati Universitet Kitabxanasının Türkologiya bölməsi ilə əlaqələr qurulub.

Qeyd edək ki, MEK elmi-mədəni əməkdaşlığın daim genişlənməsinə çalışır, dünya elmi informasiya axınını yerli oxuculara çatdırmaq, Azərbaycan elminin innovativ inkişafını təbliğ etmək məqsədilə 37 ölkənin elm və təhsil qurumları ilə mübadilə aparır.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi