Ru
Bakı
USD
EUR
GBP
RUB

Mərkəzi Elmi Kitabxana yeni nəşrlərlə zənginləşir

news photo

25.06.2019 17:09 // Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına “100 yaşlı Azərbaycan” kitabı daxil olub.

MEK-dən Youthportal.az-a bildirilib ki, mətbu orqanın 100-cü ildönümünə həsr olunan kitabın redaktoru qəzetin Baş redaktoru, Milli Məclisin deputatı, Əməkdar jurnalist Bəxtiyar Sadıqovdur.

Buraxılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan” qəzetinin kollektivinə təbriki ilə başlayır.

Nəşrin ön söz hissəsində Baş redaktor Bəxtiyar Sadıqovun Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli, Şəfi Bəy Rüstəmbəyli, Xəlil İbrahim ilə yola çıxan “Azərbaycan”ın keşməkeşli və şərəfli ömrünə həsr olunan “100 yaşlı “Azərbaycan” məqaləsi verilib.

Kitabda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış qəzetin keçdiyi inkişaf yolu barədə maraqlı materiallar təqdim olunub. “Azərbaycanın “Azərbaycan”ı”, “Mətbuatımızın bayraqdarı – milli ideyanın baş qəzeti”, “Dövlətçilik və inkişaf tribunası”, “Tarixin ən qüdrətli Azərbaycanının salnaməçisi”, “Azərbaycanın tarixi – tarixin “Azərbaycan”ı, “Azərbaycan”dan və təlatümlərdən keçən ömürlər” bölmələrində ölkəmizin siyasi-tarixi, milli-ictimai mənzərəsinə ayna olan “Azərbaycan”a həsr olunmuş məqalələr dərc edilib.

Məqalələrdə qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə fəaliyyətini dayandıran “Azərbaycan” qəzeti yalnız respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra işıq üzü görür, varislik əlaqələrini bərpa edərək, tarixi ənənələrə sadiq qalmaqla yanaşı, fəaliyyətini müasir dövrün qəzetçilik prinsipləri əsasında qurur. “Azərbaycan” qəzeti fəaliyyətinin bütün mərhələlərində xalqın yeganə nicat yolunun onun yüksək təhsil almasında və maariflənməsində görüb, dövlətçilik, azərbaycançılıq ideyalarının ictimai düşüncədə möhkəm yer almasına çalışıb, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə təbliğat dəstəyini heç zaman əsirgəməyib. “Azərbaycan”ın respublika həyatında cərəyan edən siyasi, iqtisadi, sosial, mədəni-humanitar prosesləri operativ, dürüst şəkildə milli mənafe prizmasından işıqlandırması bu gün onun ümumxalq qəzetinə çevrilməsini təmin edib, oxucuların böyük etimadını və inamını qazanmasına səbəb olub.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi